Gəncədə polis əməliyyat keçirdi – keçmiş məhbus saxlanıldı
 
                            
                            
                                04
                                iyl
                            
                                2018
                                15:44
                            
                            
                        Cibgirlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Cavadov BAKU.WS-ə açıqlamasında bildirib.Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxs saxlanılıb.Belə ki, Nizami (Gəncə) rayon Polis İdarəsinə müraciət edən T.İbrahimov şəhər ərazisindəki xətt avtobuslarının birində cibindən 315 manat pulunun oğurlandığını bildirib.Əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai nəqliyyatda oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Elbrus Manafov olduğu müəyyən edilib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Bakıda qadın oteldə əcnəbi kişinin başına oyun açdı – işə polis qarışdı
Əcnəbi vətəndaşdan oğuruq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Cavadovun BAKU.WS-ə verdiyi məluma...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    