Mağazadan 7 min manat oğurlayan şəxs tutuldu

22
iyn
2018
11:43
Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə Gəncə şəhəri ərazisindəki kompyuter satışı mağazalarının birindən pul oğurlanması və orada yanğın törədilməsi barədə müraciət daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Natiq Cavadov BAKU.WS-ə bildirib ki, daxil olan məlumatla əlaqədar dərhal hadisə yerinə gələn Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və mağazadan 7000 manat pulun oğurlandığı, habelə oradakı 1 ədəd kompyuter və onun hissələrinin yandırıldığı müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Gəncə şəhər sakini Fərid Cəfərov olduğu məlum olub. Mağazadan oğurlanmış həmin məbləğdə pul maddi sübut kimi ondan götürülüb. Faktla bağlı araşdırma aparılır. BAKU.WS

Oxşar xəbərlər
“Gənclik Mall”dan 536 manatlıq paltar oğurlayan qadın tutuldu
Bakıda mağazadan geyim oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.DİN Mətbuat Xidmətinin əməkdaşı Natiq Cavadovun BAKU.WS-ə verdiyi məlumata görə, Nərimanov Ra...