Mağazadan 112 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs tutuldu (FOTO)

Mağazadan 112 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs tutuldu (FOTO)
Hadisə 1541
2017-ci ilin oktyabrın 25-də Mingəçevir şəhər sakini Adil Yusifov Mingəçevir ŞPŞ-yə ərizə ilə müraciət edərək, həmin gün günorta saatlarında ona məxsus qızıl-zinət alqı-satqısı mağazasından oğurluq edilməsi barədə məlumat verib.DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, dərhal hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla mağazadan ümumi dəyəri 112.000 manat olan müxtəlif növ qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Mingəçevir şəhər sakini, əvvəllər məhkum olmuş Elnur Mahmudov olduğu məlum olub. Onun oğurladığı qızılları Bakı şəhərində kirayə yaşadığı evə apararaq orada saxladığı, bir qismini şəhər ərazisində fəaliyyət göstərən qızıl alqı-satqısı məntələrində dəyərindən xeyli ucuz qiymətə satdığı müəyyən edilib.Əməliyyat axtarış tədbirlərinin davamı olaraq onun kirayə yaşadığı evdən satdığı qızıllardan əldə etdiyi 4.000 manat pul və oğurlanmış qızılların bir qismi maddi sübüt kimi polis əməkdaşları tərəfindən götürülüb. Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb. Araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər