Mingəçevirdə ata və oğlunu bıçaqlayan şəxs tutulub
09
dek
2017
17:40
Mingəçevir şəhər sakinləri olan ata və oğlu - Elçin və Elmir Qəmbərovlar müxtəlif bədən xəsarətləri və kəsilmiş-deşilmiş yara diaqnozu ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına daxil olublar.Xəstəxanadan Mingəçevir şəhər Polis Şöbəsinə daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.DİN Mətbuat Xidmətinin verilən məlumata görə, aparılan araşdırmalarla həmin şəxsin şəhər sakini Ramin Qənbərov olduğu müəyyənləşib. Onun üzərinə baxış keçirilərkən hadisəni törədərkən istifadə etdiyi bıçaq da maddi sübut kimi götürülüb.Faktla bağlı Mingəçevir Şəhər Poli Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosunda cibgirlik edən şəxs tutulub
Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında cibgirliklə məşğul olan şəxsin müəyyən edilərək tutulması istiqamətində...