Mingəçevirdə içərisində 150 min manatlıq qızıl-zinət əşyaları olan avtomobil qaçırılıb

Mingəçevirdə içərisində 150 min manatlıq qızıl-zinət əşyaları olan avtomobil qaçırılıb
Hadisə 2645
Mingəçevir şəhərində içərisində 150 min manatdan çox qızıl-zinət əşyaları olan avtomobil qaçırılıb. BAKU.WS "Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində, ticarət mərkəzi yaxınlığındakı qızıl mağazasının qarşısında qeydə alınıb.Belə ki, 1962-ci il təvəllüdlü Mingəçevir şəhər sakini, qızıl mağazasının sahibi Azər Nazim oğlu Müzəffərov axşam saatlarında həmişə olduğu kimi dükandakı bütün qızıl-zinət əşyalarını xüsusi çantaya yığaraq “VAZ-2107” markalı avtomobilinə qoyub işə saldıqdan sonra obyekti bağlamağa gedib. Bu zaman avtomobil naməlum şəxs tərəfindən qaçırılıb.Faktla bağlı araşdırmalara və əməliyyat-axtarış tədbirlərinə başlanılıb.BAKU.WS

Son xəbərlər