Bakıda “Topaz” qarət edildi

Bakıda “Topaz” qarət edildi
Hadisə 1665
Bakıda “Topaz” qarət edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Topaz” mərc oyunları məntəqəsindən oğurluq edilməsi barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.Dərhal hadisə yerinə gələn Nərimanov RPİ 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin məntəqədən 85 manat pul, 6 ədəd televizor, 2 ədəd noutbuk və müşahidə kamerasının yaddaş kartının oğurlandığı müəyyən edilib.DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Rəşidov olduğu məlum olub.Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.BAKU.WS

Oxşar xəbərlər

Sumqayıtda uşaq bağçasından oğurluq edən şəxslər tutuldu

Sumqayıtda uşaq bağçasından oğurluq edən şəxslər tutuldu

Martın 9-na keçən gecə Sumqayıt şəhəri 34-cü məhəllənin ərazisindəki uşaq bağçalarının birindən oğurluq edilməsi barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlu...

1180 Hadisə 12:53 10 mart 2018

Son xəbərlər