Bakıda maskalılar evə basqın edib

Bakıda maskalılar evə basqın edib
Hadisə 1566
Yanvarın 25-də axşam saatlarında DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisindəki mənzillərdən birinin eyvanında bir nəfərin qışqıraraq kömək istəməsi barədə məlumat daxil olub.Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.Dərhal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilib, mənzilin qapısı açılıb.Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini M.Məmmədovun olması, internet vasitəsilə tanış olduğu Maya adlı qadınla birlikdə saat 21 radələrində həmin evə gəldikləri, bundan təxminən 30 dəqiqə sonra mənzilə daxil olan 3 maskalı şəxsin onun əllərini və ayaqlarını yapışqanlı lentlə stula bağlayaraq döyməsi, cibindəki 150 manatı və mobil telefonunu da götürərək, Maya ilə birlikdə mənzilin qapısını arxadan bağlayaraq getmələri məlum olub.Bundan sonra M.Məmmədov yapışqanlı lent sarğılarını açaraq eyvana çıxıb və ətrafdakıları köməyə çağırıb.Polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb və quldurluğu törətməkdə şübhəli bilinən 4 nəfərin şəxsiyyəti qısa zamanda müəyyən edilib.Görülmüş tədbirlərlə onlardan biri - paytaxt sakini Orxan Hüseynov “isti izlər”lə saxlanılıb.Faktla bağlı cinayət işi başlanılıb.Yasamal Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda ər və arvadın əl-qolunu bağlayıb döyən quldurlar saxlanıldı - VİDEO

Azərbaycanda ər və arvadın əl-qolunu bağlayıb döyən quldurlar saxlanıldı - VİDEO

Şamaxıda evə basqın edilib.ARB TV xəbər verir ki, Şamaxı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri ilə yanvarın 19-da Məl...

1737 Hadisə 12:45 23 yanvar 2018

Son xəbərlər