VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan idmançıları 11 apreldə keçiriləcək prezident seçkilərində İlham Əliyevə dəstək üçün elan olunan marafona qoşulublar.

“Report” xəbər verir ki, marafonu peşəkar kikboksinq üzrə dünya çempionu Zabit Səmədov başlayıb və digər idmançıları estafeti davam etdirməyə çağırıb.

Ötən həftə ərzində estafeti sərbəst güləş üzrə Avropa və 3 qat dünya çempionu Hacı Əliyev, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu Eduard Məmmədov, taekvondo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Ramin Əzizov, karate üzrə 5 qat dünya və 10 qat Avropa çempionu Rafael Ağayev, futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Ruslan Abışov, Azərbaycan voleybol millisində çıxış etmiş Valeriya Məmmədova, boks üzrə Avropa çempionu, dünya çempionatının və 2012-ci il London Yay Olimpiya Oyunlarının mükafatçısı Teymur Məmmədov, peşəkar boks üzrə dünya çempionu Pərviz Abdullayev, həmçinin, pauerliftinq üzrə dünya və Avropa çempionları Vüqar Namazov, Ramil Əhməd və Hafiz Verdiyev estafeti davam etdiriblər.

Cüdo üzrə Azərbaycan milli komandası isə estafeti tam heyətlə qəbul edib.

Marafona, həmçinin veteran idmançılardan da qoşulanlar olub. Azərbaycanı müstəqil ölkə kimi ilk Olimpiya Oyunlarında təmsil etmiş ağırlıqqaldıran, dünya və Avropa çempionatlarının mükafatçısı Asif Məlikov seçkilərdə İlham Əliyevə dəstək videosunu yayıb.

Çəkilişə videodəstəyi "Report" İnformasiya Agentliyi göstərib.

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.

BAKU.WS