"Neftçi" qələbə sayında "Qarabağ"a yaxınlaşdı

Neftçi qələbə sayında Qarabağa yaxınlaşdı
İdman 18

"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində tarixi uğura imza ataraq 550-ci qələbəsini əldə edib.

BAKU.WS Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu nəticə komandanın yubiley - 1000-ci matçında qeydə alınıb.

Bakı təmsilçisi Misli Premyer Liqasının VI turu çərçivəsində "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edib. Bununla da rəqib meydanında 242-ci dəfə sevinən "ağ-qaralar", aktivlərinə evdə 301, neytral meydanda isə 7 qələbə yazdırıblar. Həmçinin bu nəticə sayəsində "Neftçi" "Qarabağ"dan sonra ölkə çempionatında 550 və daha çox qələbə qazanan ikinci komanda olaraq adını tarixə yazdırıb.

Qeyd edək ki, paytaxt təmsilçisi hesabındakı bu qələbələrin ilkini 1992-ci il mayın 8-də Sumqayıtın "Xəzər" klubu ilə keçirilən ev matçında (1:0) reallaşdırmışdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər