UEFA nümayəndələri tərəfindən Bakı Olimpiya Stadionuna ilkin baxış olub

UEFA nümayəndələri tərəfindən Bakı Olimpiya Stadionuna ilkin baxış olub
İdman 34

UEFA nümayəndələri tərəfindən Bakı Olimpiya Stadionuna (BOS) ilkin baxış keçirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, "Sabah" klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov açıqlama verib.

O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununa qədər bütün işlərin yekunlaşacağını vurğulayıb:

"Arenaya ilkin baxış olub. UEFA-nın bu mərhələ üçün tələbləri bəllidir. Hazırda bu istiqamətdə iş gedir. Bütün görülən işlər stadionun təyin edilən vaxta kimi tam hazır olmasına hesablanıb. UEFA nümayəndələrinin qarşıdakı günlərdə təftiş üçün yenidən Bakıya gələcəyi gözlənilir".

Xatırladaq ki, "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci matçını BOS-da keçirəcək. "Bayquşlar" oktyabrın 13-də Çexiyanın "Slaviya" komandasını qəbul edəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər