Zabit Səmədovun məşqindən görüntü (VİDEO)

Zabit Səmədovun məşqindən görüntü (VİDEO)
Video
İdman 2351

 

Dəfələrlə dünya və Avropa çempionu olmuş, peşəkar kikboksinq üzrə müxtəlif Qran-prilərin qalibi Zabit Səmədov öz Instagram hesabından yeni görüntülər paylaşıb. 

BAKU.WS-in məlumatına görə, hazırda Taylandda olan idmançı məşq zamanı çəkilən görüntüsünü paylaşıb. Çeçenistanın ilk prezidenti Əhməd-Hacı Kadırovun şərəfinə "Axmat" adı verilmiş klubda çıxış edən həmyerlimiz yeni videosu ilə onu sevənlərin rəğbətini qazanıb.  

Zabit Səmədov Gürcüstanda azərbaycanlı ailəsində anadan olub və 10 yaşında Minskə köçüb. O, 9 yaşından idmanla məşğul olmağa başlayıb. Əvvəllər o, Əziz Dursunovun təlimi altında 6 ay karate ilə məşğul olub.

Sonra o, Muay-tay idman növü ilə məşğul olmağa başlayır. 1998-ci ildən etibarən o, Minskdə məşhur klub olan Chinuk GYM də idmanını davam etdirir. Zabit Səmədov həvəskar karyerasında bir neçə dəfə Dünya və Avropa çempionu olub. Sonradan Zabit Səmədov peşəkar döyüşlərə üz tutub. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Zabit Səmədov prezidentlə eyni rinqdə (VİDEO)

Zabit Səmədov prezidentlə eyni rinqdə (VİDEO)

Azərbaycan K-1 döyüşçüsü Zabit Səmədov RF Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovla birgə videosunu paylaşıb. BAKU.WS-in məlumatına görə, videoda...

2024 İdman 15:01 16 mart 2016

Son xəbərlər