VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib. Yığmamız Albaniyanın eyni yaş qrupu üzrə komandası ilə qarşılaşıb.

Görüş komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ülvi İskəndərov millimizin yeganə qoluna imza atıb.

Qeyd edək ki, Rəşad Sadıqovun çalışdırdığı U-21 bu vaxta qədər Antalyada 3 yoxlama görüşü keçirib. “Alanyaspor”un U-21 komandasına 3:1 hesabı ilə qalib gələn yığmamız Albaniyaya 0:1 hesabı ilə uduzub, Gürcüstanla isə heç-heçə edib - 1:1.

Yoxlama oyunu
26 yanvar


Azərbaycan U-21 – Albaniya U-21 - 1:0

Qol: Ülvi İskəndərov, 52

BAKU.WS