Millimiz Kosovo ilə heç-heçə oynadı
14
noy
2017
22:30
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün AÇ-2019-un seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.BAKU.WS-in məlumatına görə, yığmamız doğma meydanda Kosovo millisi ilə qarşılaşıb. Keçirdiyi bütün qarşılaşmalarda uduzan komandamız “Dalğa Arena”dakı görüşə ilk xal arzusu ilə çıxıb. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Komandamız matçın sonlarında iki futbolçusunun qovulmasına baxmayaraq, ilk xalını qazanıb.AÇ-2019-un seçmə mərhələsi5-ci qrup14 noyabrAzərbaycan – Kosovo 0:0Qırmızı vərəqə: A.Krivostyuk, 87. İ.Sadıqov, 90+5.Baş hakim: Romer Tarayev (Estoniya).Bakı. “Dalğa Arena” stadionu.Azərbaycan: 12. Mustafa Özhitay, 2. Sertan Taskın, 3. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə (k), 5. Serkan Baloğlu, 6. Qismət Alıyev, 7. Ehtiram Şahverdiyev, 8. Budaq Nəsirov, 10. Elnur Cəfərov (17. Əlibəy Məmmədli, 39 / 14. Yusif Nəbiyev, 89), 16. İlyas Səfərzadə (19. İlkin Sadıqov, 83), 18. İlkin Muradov.Ehtiyat oyunçular: 22. Aydın Bayramov, 13 Murad Qayalı, 20. Eltun Turabov, 21. Xəyal Nəcəfov.Baş məşqçi: Samir Ələkbərov.Kosovo: 1. Visar Bekay, 4. Besfort Kolgeçi, 5. Ardian İsmayli (k), 6. Dren Feka, 8. Florent Hasani, 10. Ron Broya, 11. Enis Bitiçi, 15. Muharrem Yaşari (14. İdriz Voça, 35), 19. Mirlind Daku (8. Lirim Kastrati, 46), 20. Kamer Krasniçi, 22. Florian Loşay (16. Kuştrim Şabani, 73).Ehtiyat oyunçular: 12. Betim Halimi, 7. Meriton Koreniça, 13. Drilen Teyeçi, 17. Yulber Maloku.Baş məşqçi: Rafet Prekazi.BAKU.WS
Oxşar xəbərlər
Millimiz almanlara böyük hesabla məğlub oldu - 0:7 (VİDEO)
Bu gün 21 yaşadək futbolçular arasında AÇ-2019-un seçmə mərhələsində növbəti oyunlar keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət millisi d...