Azərbaycan millisinin heyəti dəyişir
06
noy
2017
17:50
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində noyabrın 9-da Almaniya, noyabrın 14-də isə Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.BAKU.WS-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasında XI turun “Kəpəz” – “Qarabağ” oyununda zədələnmiş Ramil Şeydayevin Almaniya yığması ilə oyunda meydana çıxa bilməyəcəyi bu gün MRT müayinəsindən sonra müəyyənləşib.Futbolçunun Kosovo yığması ilə oyunda çıxış edib-etməyəcəyi qarşıdakı günlərdə bəlli olacaq.Qeyd edək ki, noyabrın 9-da "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Almaniya matçı saat 18:00-da başlanacaq. Görüşü qazaxıstanlı hakimlər idarə edəcək. Baş hakim Daniyar Saxiyə Alibek Aubakirov və Yevgeni Belski yan xətt, Bulat Sariyev dördüncü hakim qismində yardımçı olacaqlar.BAKU.WS
Oxşar xəbərlər
Prezident və birinci xanım Azərbaycan milli komandasının oyununa baxıblar - FOTO
Bu gün qadın voleybolçular arasında Avropa çempionatının dörddəbir final mərhələsində Almaniya yığması üzərində inamlı qələbə qazanan Azərbaycan milli komandası...