Millimiz almanlara böyük hesabla məğlub oldu - 0:7 (VİDEO)

Millimiz almanlara böyük hesabla məğlub oldu - 0:7  (VİDEO)
Video
İdman 5211
Bu gün 21 yaşadək futbolçular arasında AÇ-2019-un seçmə mərhələsində növbəti oyunlar keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət millisi da növbəti matçına çıxıb. 5-ci qrupda yer alan komandamız doğma meydanda Almaniya ilə qarşılaşıb. Futbolçularımız bu dəfə daha biabırçı məğlubiyyətlə üzləşiblər. Komandamız 7 cavabsız qolla uduzub. AÇ-2019-un seçmə mərhələsi5-ci qrup9 noyabr Azərbaycan – Almaniya 0:7 Qol: M.Hartel, 2; 46; 58. N.Amiri, 14. A.Seydel, 28. L.Klosterman, 60. L.Öztunalı, 84. Sarı vərəqə: X.Nəcəfov, 30. E.Cəfərov, 30. N.Amiri, 80. Baş hakim: Daniyar Saxi (Qazaxıstan). Bakı. “Dalğa Arena” stadionu. Azərbaycan: 12. Mustafa Özhitay, 2. Sertan Taşkın, 3. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə (k), 5. Serkan Baloğlu, 6. Qismət Əliyev, 8. Budaq Nəsirov (7. Ehtiram Şahverdiyev, 46), 9. Renat Dadaşov, 10. Elnur Cəfərov, 14. Yusif Nəbiyev (11. Fərid Nəbiyev, 62), 21. Xəyal Nəcəfov (17. Əlibəy Məmmədli, 83). Ehtiyat oyunçular: 22. Aydın Bayramov, 13. Murad Qayalı, 18. İlkin Muradov, 20. Eltun Turabov. Baş məşqçi: Samir Ələkbərov. Almaniya: 1. Aleksandr Nübel, 3. Lukas Klosterman, 5. Timo Baumqartl, 6. Valdemar Anton, 7. Levin Öztunalı, 8. Mahmud Dahud (19. Florian Noyhaus, 42), 10. Nadim Amiri, 15. Filiop Oxs, 16. Aron Seydel, 18. Marsel Hartel (9. Yanni Serra, 61), 20. Tilo Kerer (k) (13. Paskal Ştentsel, 56). Ehtiyat oyunçular: 12. Nils Kerber, 2. Yannes-Kilian Horn, 4. Cordan Torunariqa, 11. Sedrik Toyxert. Baş məşqçi: Ştefan Kunts. //YeniçağBAKU.WS

Oxşar xəbərlər

Azərbaycan millisinin heyəti dəyişir

Azərbaycan millisinin heyəti dəyişir

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində noyabrın 9-da Almaniya, noyabrın 14-də isə Kosovo yığması ilə qarşı...

3096 İdman 17:50 06 noyabr 2017

Son xəbərlər