Rəşad Sadıqov qələbə ilə başladı

Rəşad Sadıqov qələbə ilə başladı
İdman 1251
21 yaşadək futbolçulardan ibarət millimiz Antalyada ilk yoxlama oyununa çıxıb.BAKU.WS-in Qol.az-a istinadən verdiyi məlumata görə, Rəşad Sadıqovun başçılıq etdiyi komanda "Alanyaspor"un müvafiq yaş qrupu ilə qüvvəsini sınayıb. Sadıqovun yığmanın sükanı arxasında debüt etdiyi görüş komandamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin qollarını Nicat Süleymanov (43-cü dəqiqə), Elnur Cəfərov (44-cü dəqiqə) və Ülvi İsgəndərov (70-ci dəqiqə) vurub.Qeyd edək ki, yığmamız Antalyada növbəti yoxlama oyunları yanvarın 21-də və 26-da Albaniyanın, yanvarın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığmalarına qarşı nəzərdə tutulub. BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"Qarabağ"ın bütün rəqibləri məlum oldu

"Qarabağ"ın bütün rəqibləri məlum oldu

"Qarabağ" Antalyada baş tutacaq qış təlim-məşq toplanışı zamanı 6 yoxlama oyunu keçirəcək.BAKU.WS futbolpress.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin...

1784 İdman 20:37 04 yanvar 2018

Son xəbərlər