Rəşad Sadıqov milliyə vida edir - AFFA təsdiqlədi
02
okt
2017
17:50
DÇ-2018-in seçmə mərhələsində oktyabrın 5-də, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Çexiya qarşılaşması milli komandanın kapitanı Rəşad Sadıqov üçün vida oyunu olacaq. AFFA-nın saytına fikrini bildirən R. Sadıqov Çexiya ilə oyunun millimizin cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdiyini deyib: “Bütün sualları oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam”.Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən Rəşad Sadıqov yığmanın heyətində 110 oyun keçirib.BAKU.WS
Oxşar xəbərlər
Rəşad Sadıqov 14 yaşında - FOTO
Qol.az saytı Rəşad Sadıqovun 14 yaşı olarkən çəkilmiş şəklini yayıb. BAKU.WS xəbər verir ki, foto 1996-cı ildə İngiltərədə çəkilib. Həmin vaxt Sadıqov Azərbayca...