Rəşad Sadiqovun “Meserati”si kimin sifarişi ilə saxlanılıb?
17
avq
2017
22:29
Azərbaycan millisinin sabiq üzvü və son olaraq “Zirə”də çıxış edən Rəşad Sadiqovun “Maserati” markalı avtomobilinin Dövlət Yol Polisi əməkdaşları tərəfindən cərimə meydançasına aparıldığını xəbər vermişdik.BAKU.WS Yenicag.az-a istinadən məlumat verir ki, futbolçu mətbuata açıqlamasında qanunu pozmadığını bildirib. Ancaq maraqlıdır ki, Sadiqovun müraciətindən sonra polis əməkdaşları göstərişin “yuxarı”dan olduğunu söyləyib. Hər halda bunu təcrübəli yarımmüdafiəçinin özü açıqlamasında qeyd edib.Məsələ ilə bağlı araşdırmamız nəticəsində məlum olub ki, nə qədər qəribə də olsa, göstəriş Rəşad Sadiqovun son olaraq çıxış etdiyi “Zirə” klubunun rəhbərliyi tərəfindən gəlib.Qeyd edək ki, Rəşad “Zirə”dən gözlənilmədən qalmaqallı şəkildə ayrılıb. İddialara görə, futbolçu ilə klubun baş məşqçisi Ayxan Abbasov arasında mübahisə yaranıb. Nəticədə Sadiqovun hərəkətini intizamsızlıq kimi qiymətləndirən gənc çalışdırıcı, futbolçunu komandadan uzaqlaşdırıb. “Zirə” rəhbərliyi isə yarımmüdafiəçinin baş məşqçiyə qarşı etdiyi hərəkətlə barışmayıb və futbolçuya qulaqburması vermək üçün bu üsulu seçib.Onu da xatırladaq ki, DYP-dən verilən açıqlamada Sadiqova məxsus avtomobildə səs gücünün artırılması müşahidə edildiyi bildirilib. Lakin, futbolçu da bildirdib ki, maşını zavod bu şəkildə istehsal edib, yenicə qeydiyyatdan keçirib. Əgər səs gücü normadan artıqdısa, niyə qeydiyyatdan keçiriblər?Onu da qeyd edək ki, Rəşadın maşını bir həftə cərimə meydançasında qalıb. Futbolçu get-gələ salınıb. Nəticədə də təcrübəli yarımmüdafiəçi mövcud durumdan hiddətlənib.BAKU.WS
Oxşar xəbərlər
Yol polislərinin tanınmış futbolçudan rüşvət alınması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yol polislərinin tanınmış futbolçu Rəşad Sadiqovdan rüşvət alınması ilə bağlı məlumata münasibət bildi...