Rövşən Lənkəranskini öldürən "qanuni oğru" ilə bağlı şok məlumat
Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı "qanuni oğru” Rəşad İsmayılov ("Rəşad Gəncinski”) barədə sensasion məlumat yayıb.
İstiPress xəbər verir ki, R.İsmayılov Moskvada öldürülən göy-göyərti biznesi ilə məşğul olan Canbulat Şamiloğlunun qətlinin sifarişçisi olduğu təsdiqlənib.
Məlumata görə, azərbaycanlı "qanuni oğru" qətli hazırda həbsdə olan "Şakro Molodoy” kimi tanınan Zaxari Kalaşovdan alıb və killer axtarışına çıxıb. 2016-cı ildə Moskvanın yol polisi əməkdaşları təsadüf nəticəsində bir nəfəri saxlayıblar və ondan Canbulat Şamiloğlunun qətlə yetirildiyi silah tapılıb. Sonra araşdırma nəticəsində killerin telefonundan "Rəşad Gəncinski” ilə zəngləşməsi və yazışmaları tapılıb. Tapılan yazışmada söhbət Canbulatın öldürülməsindən gedirmiş. Hazırda Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb və "Rəşad Gəncinski” beynəlxalq axtarışa verilib.
Qeyd edək ki, Rəşad İsmayılov ötən ilin avqustunda Türkiyədə Rövşən Canıyevin ("Lənkəranski”) öldürülməsində günahlandırılır.
BAKU.WS
Oxşar xəbərlər
“Lənkəranskiyə atəş açanlar arasında İŞİD-çi olub"
Ötən ilin avqustunda İstanbulda məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevi ("Rövşən Lənkəranski") güllələyən killerlərdən biri İŞİD üzvü olub. BAKU...