Yol polislərinin tanınmış futbolçudan rüşvət alınması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
17
avq
2017
15:19
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yol polislərinin tanınmış futbolçu Rəşad Sadiqovdan rüşvət alınması ilə bağlı məlumata münasibət bildirib. BAKU.WS xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov “Report”a açıqlamasında bildirib ki, futbolçudan rüşvət alınması ilə xəbərlər tamamilə əsassızdır.O vurğulayıb ki, R.Sadiqov heç bir araşdırma aparmadan Yol Patrul Xidmətinin əməkdaşlarını əsassız olaraq ittiham edərək yalan məlumat yayıb:"O, 10-SS-606 dövlət qeydiyyat nömrə nişanlı, “Mesareti” markalı avtomobil ilə hərətkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış keçirilən zaman mühərrikin işlənmiş qazlarını xaric edən sistemə normativ tələbləri pozmaqla səs gücləndirici qurğunun quraşdırlması aşkarlanıb. Həmin zaman YPX əməkdaşı tərəfindən Rəşəd Sadiqova hüquq və vəzifələri izah edilib, onun avtomobili yol hərəkətindən kənarlaşdırılaraq müvəqqəti saxlama dayanacağına yerləşdirilib. Rəşad Sadiqovun iştirakı ilə YPX əməkdaşları və dəvət olunan mütəxəssislər tərəfindən mühərrikin işlənmiş qazlarını xaric edən sistemə xüsusi cihazlar vasitəsi ilə baxış keçirilib. Məlum olub ki, həmin sistemdə səs gücləndiricidən istifadə olunub və sürcüyə “KYP-647967” saylı inzibati protokol tərtib edilib. Hesab edirəm ki, tərtib edilən inzibati protokoldakı cərimənin 500 manat olması ona təsir edib və cəriməni ödəmək məsuliyyətindən yayınmaq üçün mətbuata əsassız məlumat ötürməklə DYP-nin fəaliyyətinə kölgə salmağa çalışıb".V.Əsədov qeyd edib ki, yol polisinin R.Sadiqovdan rüşvət alması barədə məlumat yayılandan sonra məsələni yenidən araşdırıb:"Mənə təqdim edilən sənədlərə, səs yazılarına və görüntülərə baxandan sonra belə nəticəyə gəldim ki, sadəcə cəriməsi yüksək olduğundan Rəşad Sadiqov DYP-dən qeyri-adi formada qisas almaq istəyib və ona görə də bu vasitəyə əl atıb. O, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının tələbini pozub və yalan məlumat yaymaqla qəsdən diqqəti məsələdən yayındırmağa çalışır. Hesab edirəm ki, Rəşad Sadiqov öz oyunu ilə futbol severlərin rəğbətini qaqazandığı kimi yol hərəkəti iştirakıçısı kimi də nümunəvi avtomobil idarəetməsi ilə seçilməlidir".BAKU.WS
Oxşar xəbərlər
DYP ilə türk xanım sürücü arasında qalmaqal: Mənim meyitimi götürərsiniz (VİDEO)
Bakıda qadınla Dövlət Yol Polisi əməkdaşları arasında mübahisə düşüb. BAKU.WS-in oxu.az-a istinadən verdiyi məlumata görə, türk vətəndaşı "Hyundai ix35” markal...