Sürücülərin nəzərinə! Bayram günləri bu yollar bağlı olacaq

Sürücülərin nəzərinə! Bayram günləri bu yollar bağlı olacaq
Sosial 1723
 

Bakı yol polisi gücləndirilmiş iş rejiminə keçib.

BAKU.WS-in məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, Novruz bayramı ərəfəsində paytaxtda təhlükəsizliyin təmin edilməsi ilə bağlı yol polisi gücləndirilmiş iş rejimində xidmətə başlayıb:

"Yol polisi Novruz tədbirlərinin keçirildiyi əraziləri nəzarətə götürüb və təhlükəsizliyi təmin etmək məqsədilə zəruri tədbirlər həyata keçirəcək".

V.Əsədov bildirib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhalinin, avtomobil sahiblərinin nəzərinə çatdırır ki, sabah keçirilən bayram tədbirləri ilə əlaqədar Qoşa Qala qapısı - Gənclər meydanı istiqamətində, eləcə də İçərişəhər, Qız Qalası və Qız Qalası ətrafı, həmçinin Dənizkənarı Milli Park, yəni Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkətinə təhlükəsizliyin təmin edilməsi məqsədilə, tədbirlər tam başa çatana qədər məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

BAKU.WS

Oxşar xəbərlər

Yol polisi qarlı hava ilə bağlı hərəkətə keçdi - bu yollardan ehtiyyatlı olun

Yol polisi qarlı hava ilə bağlı hərəkətə keçdi - bu yollardan ehtiyyatlı olun

Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin Qış Qarajı qeyri sabit hava şəraiti ilə əl...

1338 Hadisə 11:17 08 dekabr 2016

Son xəbərlər