Sabah Fəxri Xiyabana gedən yollar bağlı olacaq
Mayın 10-da Fəxri xiyaban istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar, Fəxri xiyaban istiqamətində avtomobillərin istiqaməti müvəqqəti olaraq dəyişdiriləcək: "Ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə əhalinin və avtomobil sahiblərinin nəzərinə çatdırırıq ki, paytaxtın Parlament prospektinin Mehdi Hüseyn küçəsi ilə kəsişməsindən, Hüseyn Cavid prospekti və Mikayıl Müşviq küçəsi ilə kəsişməsindən və digər kəsişən küçə və prospektlərdən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq".
V.Əsədov bildirib ki, sabah səhər 08:00-dan etibarən ziyarət başa çatana qədər bu istiqamətdə avtomobillərdən imtina edilməsi və ictimai nəqliyyat vasitələrdən istifadəyə üstünlük verilməsi tövsiyə olunur: "Ziyarətə qatılmaq istəyənlər isə ictimai nəqliyyatdan istifadə edə bilərlər".
BAKU.WS
Oxşar xəbərlər
Bakının bu yolları bağlandı
Novruz bayramı tədbirlərinin keçirilməsi ilə paytaxtın bir sıra yolları bağlanıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun ANS PRESS...