BDYPİ-dən yol polisi ilə bağlı yayılan daha bir video barədə AÇIQLAMA
Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Masallı Rayon Yol Polisi şöbəsinin əməkdaşı, polis kapitanı Şəmşir Kərimov barəsində yayılan videogörüntüyə münasibət bildirib.
BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb və faktlar təsdiqini tapmayıb:
"Bu, ötən ilin noyabr ayında çəkilmiş videodur və həmin görüntü noyabr ayında yayılmışdı. Məsələ ilə bağlı araşdırma aparıldı və məlum oldu ki, Masallı rayon sakini Aydın İslamov sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün saxlanılıb və yol polisi əməkdaşları tərəfindən cərimələnib. Həmin şəxs də belə bir açıqlama verməklə yol polisindən qisas almaq istəyib. Məsələ ilə bağlı həmin şəxs yazılı izahat verərək səhvini boynuna alıb və yalan danışdığını etiraf edib. Videoda danışan Masallı rayon sakini bildirib ki, videonun yenidən yayılmasından xəbəri yoxdur".
Qeyd edək ki, Masallı rayon sakini A.İslamov Masallı Rayon Yol Polisi şöbəsinin əməkdaşı Ş.Kərimov tərəfindən saxlanılaraq sənədlərinin alındığını, şəxsiyyət vəsiqəsini yerə ataraq tapdaladığını və onu təhqir etdiyini bildirən videogörüntü yayımlayıb.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda yol polisi sürücünün şəxsiyyət vəsiqəsini tapdaladı – VİDEO
Son günlər Dövlət Yol Polisi əməkdaşlarının sürücülərlə kobud davranmaları ilə bağlı şikayətlər nəzərəçarpacaq dərəcədə artıb. Bu qəbildən olan arzuolunmaz olay...