Vətəndaşa söyüş söyən polis mayoru ilə bağlı rəsmi açıqlama (VİDEO)

Vətəndaşa söyüş söyən polis mayoru ilə bağlı rəsmi açıqlama (VİDEO)
Video
Hadisə 3387

Şirvan şəhərində Dövlət Yol Polisi mayorunun vətəndaşı təhqir etməsi məsələsi araşdırılır.

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Qafqazinfo”ya deyib. K.Əliyev yayılan videodan xəbərdar olduğunu qeyd edib: "Hazırda araşdırma aparılır. Müəyyənləşdirilsin ki, videodakı kimdir, nəyə görə söyüş söyür. Dəqiqləşdirmək lazımdır ki, o, həqiqətən də yol polisi işçisidirmi? Araşdırmanın nəticəsi bilinəndən sonra həmin şəxs barəsində tədbir görüləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə Şirvan şəhərində Dövlət Yol Polisi mayorunun vətəndaşı ağır söyüşlərlə təhqir etməsi barədə görüntü yayılıb.

BAKU.WS

Oxşar xəbərlər

Polis mayoru vətəndaşı təhqir edərək, həbs etdirdi (VİDEO)

Polis mayoru vətəndaşı təhqir edərək, həbs etdirdi (VİDEO)

Şirvan şəhərində yol polisi ilə vətəndaş arasında insident baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, yol polisi mayor Məmmədsadıq Nağıyev "VAZ 2107”...

6444 Hadisə 13:08 15 yanvar 2017

Son xəbərlər