Bu maşınlar radara düşmür - Açıqlama
Tranzit nömrəli maşınların sürücüləri qayda pozuntularına yol verdiyi halda əməkdaşlarımız tərəfindən saxlanılır və inzibati protokol tərtib edilir. Əgər tranzit nömrəli maşını idarə edən şəxs xarici ölkə vətəndaşdırsa, ümumi əsaslarla məsuliyyətə cəlb olunur.
Bunu Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev açıqlamasında deyib.
O bildirib ki, hələ ki, tranzit nömrəli maşınların dövlət qeydiyyat nişanlarının radarlarda oxunması ilə bağlı məsələlər tam həllini tapmayıb.
"Yaxın vaxtlarda bu məsələl də öz həllini tapacaq. Amma əməkdaşlarımız tərəfindən vizual şəkildə aşkar olunan qayda pozuntuları yerindəcə protokollaşdırılır”.
Kamran Əliyev həmçinin qeyd edib ki, əgər həmin dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs öz vətəndaşımız olsa, onun barəsində də eyni qaydada tədbir görülür.
O bildirib ki, vətəndaşın ünvanı qeyd edildikdə isə həmin cərimə onun evinə də göndərilir.(modern.az)
BAKU.WS
Oxşar xəbərlər
Bakıda 15 il cərimə meydançasında qalan maşınlar
Dövlət Yol Polisinin cərimə meydançalarında bəzi maşınlar var ki, uzun müddətdir əl dəymədən orada saxlanılır. BAKU.WS xəbər verir ki, bunu Baş Dövlət Yol Poli...