Yol polisindən sürücülərə pərdə və jalüzlərə görə 150 manatlıq cərimə xəbərdarlığı
1 may tarixindən etibarən respublika ərazisində avtomobillərdə pərdə və jalüzlərdən istifadəyə icazə verilib. Standartlara uyğun olmayan pərdə və jalüzlərdən istifadə edən sürcülər 150 manat məbləğində cərimə olunacaqlar.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.
K.Əliyev bildirib ki, Azərbaycanın iqlim şəraiti nəzərə alınaraq hər il mayın 1-dən noyabrın 15-dək avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə icazə verilir:
"2013-cü ilin aprel ayında vətəndaşların müraciətləri nəzərə alınaraq ölkə başçısının təşəbbüsü ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər" dövlət standartına dəyişiklik edilib. Dəyişikliyə əsasən, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır".
Şöbə rəisi əlavə edib ki, avtomobillərdə yalnız sənaye üsulu ilə hazırlanan pərdə və jalüzlərin istifadəsinə icazə verilir: "Bəzi sürcülər standartlara uyğun olmayan pərdə və jalüzlərdən istifadə edirlər. Bir daha deyirəm ki, icazə, yalnız sənaye üsulu ilə hazırlanan pərdə və jalüzlərin istifadəsinə verilir. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edir ki, kustar üsulla hazırlanan pərdə və jalüzlərin istifadəsi qadağandır. Yol polisləri tərəfindən belə qayda pozuntuları aşkar edildiyi halda, həmin sürücülər İnzibati Xətalar Məcəlləsinin 155-ci (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) maddəsinə əsasən 150 manat məbləğində cərimələnəcək".
BAKU.WS
Oxşar xəbərlər
Avtomobili olanların nəzərinə: Sabahdan icazə veriləcək
Sabahdan etibarən noyabrın 15-nə qədər nəqliyyat vasitələrində sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib. BAKU.WS məlumat verir ki, "Re...