Avtomobili olanların nəzərinə: Sabahdan icazə veriləcək
Sabahdan etibarən noyabrın 15-nə qədər nəqliyyat vasitələrində sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.
BAKU.WS məlumat verir ki, "Report"a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, avtomobildə əyləşən sərnişinləri günəş şüalarından qorumaq məqsədi ilə sənaye üsulu ilə hazırlanan jalüzlər avtomobilin arxa sağ və sol yan şüşələrində istifadə oluna bilər:
"Kustar üsulla hazırlanan pərdə və jalüzlərin istifadəsi isə qadağandır. Yol polisləri tərəfindən belə qayda pozuntuları aşkar edildiyi halda, həmin sürücülər İnzibati Xətalar Məcəlləsinin 155-ci (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) maddəsinə əsasən 150 manat məbləğində cərimələnəcək".
Qeyd edək ki, mayın 1-dən etibarən avtomobillərdə quraşdırılan jalüzlərin standartlara uyğunluğuna nəzarət etmək məqsədi ilə BŞDYPİ-nin əməkdaşları reydlər keçirəcək.
BAKU.WS
Oxşar xəbərlər
Yol polisi bu pozuntulara görə sürücülərə "hörmət edir" – SİYAHI
Bəzi hallarda Dövlət Yol Polisinin (DYP) əməkdaşları müəyyən qayda pozuntularına ya göz yumurlar, ya da belə halları aşkar etmək çətin olur. BAKU.WS fins.az-a...