Sürücülərin diqqətinə: noyabrın 15-i son gündür
Azərbaycanda avtomobillərin pərdə ilə idarə edilməsinə noyabrın 15-də qadağa qoyulacaq. Baş Dövlət Yol Polisi İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, standarta uyğun olaraq ayın 15-də maşınlarda gündən qoruyan vasitələrdən istifadəyə icazə verilməyəcək. Deyilir ki, noyabrın 15-dən sonra hansısa maşında pərdə aşkarlanarsa ciddi tədbir görüləcək. Qeyd edək ki, Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin verdiyi qərar əsasında, Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq, hər il 1 may tarixindən 15 noyabr tarixinədək avtomobillərdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda Dövlət Bayrağı günü qeyd olunur
Bu gün Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd edilir. BAKU.WS-in məlumatına görə, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuri...