Avtomobillərə vurulan pərdə və plyonkalara görə ustalar da məsuliyyət daşıyır (VİDEO)
Noyabrın 15-dən avtomobillərin yan şüşələrində istənilən pərdə və plyonkadan istifadə mayın 1-dək qadağan edilsə də, yol polisinin keçirdiyi hər reyddə belə hallara rast gəlmək mümkündür. BAKU.WS-in avtosfer.az saytına istinadən verdiyi məlumata görə, sürücülər yan şüşələrdə pərdələrdən istifadəyə görə 150 manat miqdarında cərimələnir. Əslində bu prosesdə pərdə və plyonkanı avtomobillərə quraşdırma xidməti göstərənlər də iştirak edir. Həmin şəxslər sürücülərin istəklərinə uyğun xidmət göstərdiklərini deyirlər. Ancaq bəzi şəxslər yan şüşələrə xidmətdən imtina etdiklərini bildirir. Bəs görəsən həmin pərdələri qadağan olunduğunu bilə-bilə avtomobilə taxan ustalar qanunla məsuliyyət daşıyırmı? Ekspertlərin sözlərinə görə pərdə və plyonkanın qadağan olunan formada quraşdırılmasının qarşısını almaq üçün hüquqi nəzarətin yaradılması mümkündür. BAKU.WS
Oxşar xəbərlər
Alıcıları ticarətdə aldadanlar 6 min manata qədər cərimə olunacaq
Azərbaycanda ticarət sahəsində alıcıların aldadılması ilə bağlı məsuliyyət yaradan şərtlərin sayı artırılır, yeni sərt cəzalar tətbiq edilir və eyni zamanda fiz...