Bakıda nömrəsiz maşınlar peyda olub - FOTO

Bakıda nömrəsiz maşınlar peyda olub - FOTO
Sosial 1882
 

Son vaxtlar Bakı küçələrində "Oka” və "Lifan” markalı avtomobilləri nömrəsiz idarə edənlərin sayı artıb. Virtualaz.org saytının əməkdaşları təkcə son bir həftə ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ, 20 Yanvar və Çernobıl əlillərinə paylanan 3 belə nömrəsiz avtomobil müşahidə ediblər.

BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, Heydər Əliyev prospekti, "Koroğlu” metro stansiyasının yaxınlığı və 9-cu mikrorayon ərazisində müşahidə edilən bu avtomobillər həm də yol polisi əməkdaşlarının gözü qarşısında sərbəst hərəkət edir, onları saxlayıb məsuliyyətə cəlb edən yoxdur. Əlbəttə, bunu bütün müharibə əlillərinə şamil etmək olmasa da, nömrəsiz maşın sürmə uğrunda canlarını qoyduqları dövlətimizin qanunlarına hörmətsizlikdir. Əgər biri nömrəsiz avtomobillə qəza törədib adam öldürərsə, və ya digər cinayət törədərsə, həmin şəxsi polis necə tapacaq, harada axtaracaq?

Dəfələrlə bu mövzuya toxunsaq da, problemin həll olunmaması bizi yenidən eyni sualla yol polisinə müraciət etməyə məcbur etdi. Ötən yazımızda Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev müharibə əlillərinə verilən "Oka” və "Lifan” markalı avtomobillərin nömrəsiz idarə olunması hallarının olması ilə razılaşsa da, çox olmadığını demişdi. Həm də bildirmişdi ki, belə halların qarşısının alınması üçün ciddi mübarizə aparılır.

Qanuna görə, nömrəsiz avtomobillə heç bir sürücü yola çıxa bilməz. Elə bəzi insanların vətən qarşısında xidmətlərindən sui-istifadə etmələri də yolverilməzdir. Bəzən əlillərə verilən avtomobilləri əlilliyə aidiyyəti olmayan, müharibəni yalnız filmlərdə görənlər sürürlər. Əlillərə polisin yumşaq münasibətindən istifadə edərək onu başqalarına, yaxın və ya qohumlarına verirlər. Ekspertlər də hesab edirlər ki, əslində belə şəxslərə güzəşt edilməməlidir. Vətən qarşısında xidmət heç kimə icazə vermir ki, qanunu pozsun.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov da belə halların olması ilə razılaşır. Bölmə rəisinin virtualaz.org-a bildirdiyinə görə, ilin əvvəlindən bu günə qədər 300-dən çox nömrəsiz avtomobil idarə edən şəxs inzibati məsuliyyətə cəlb olunub:

"Dövlətimiz müharibə əllillərinin dövlət qarşısında xidmətlərini nəzərə alıb, onlara qayğı ilə yanaşıb, avtomobil verib. Onlar da bunu nömrəsiz sürürsə, həmin avtomobil sahiblərinin dövlətin qanununa olan hörmətini nümayiş etdirir, onlara olan diqqət və qayğıya cavablarıdır. Yol polisi belə halları görürsə, yerindəcə inzibati qaydada protokol tərtib edir. İlin əvvəlindən indiyə kimi dövlət nömrə nişanlarının birinin yerində olmamasına və ya ümumiyyətlə, nömrəsiz idarəetməyə görə 300-dən artıq sürücü saxlanılıb və barəsində inzibati tədbir görülüb”.

Yanvar ayında idarəyə nömrəsiz idarə olunan əlil avtomobilləri ilə bağlı informasiya daxil olduğunu deyən V.Əsədovun sözlərinə görə, buna görə bir neçə əlil saxlanılıb və hətta onlara köməklik də edilib ki, gedib nömrə nişanları alsınlar.

"Mən bu faktı da təlimatda qeyd edəcəyəm. Ümumiyyətlə, kim olursa olsun, qanuna hörmətlə yanaşmalıdır. Bu vətəndaşlarda da qıcıq yaradır. Onlar əlildirlər, vətən üçün sağlamlıqlarından keçiblər, dövlətimiz də bunu qiymətləndirib, onlara avtomobil verib ki, gediş-gəlişləri rahat olsun. Biz vaxtaşırı belə avtomobil sürücülərinə qarşı tədbir görürük və görəcəyik. Elə bilməyin ki, tədbir görülmür. Qoy heç bir avtomobil sürücüsü ona edilmiş güzəştlərdən istifadə etməsin. Belə avtomobil sürücülərinə müraciət edirəm. Dövlətin sizə olan qayğısından qanunun tələblərinə uyğun istifadə edin”, - Vaqif Əsədov sözlərini, biz də bu yazını küçədə bir daha nömrəsiz avtomobil görməyəcəyimiz ümidi ilə yekinlaşdırdıq.

BAKU.WS

Oxşar xəbərlər

Səlim Müslümov şəxsi istifadəsi üçün "NAZ-Lifan” aldı

Səlim Müslümov şəxsi istifadəsi üçün "NAZ-Lifan” aldı

"Prezidentin çıxışından sonra müşrətilərimizin sayı xeyli artıb. Dövlət rəsmiləri bizimlə əlaqə saxlayaraq, maşın almaq istədiklərini bildirirlər”. BAKU.WS-in...

2455 Sosial 16:21 29 yanvar 2016

Son xəbərlər