Məşhur yol polisi Bakıda qayda pozdu, kameraya düşdü (VİDEO)
Bakıda sürücüləri avtoxuliqan kimi tutmaqla məşhurlaşan yol polisi əməkdaşı bu dəfə özü qayda pozaraq Avtosfer.az-ın kamerasına düşüb.
Belə ki, oktyabrın 9-da, axşam saatlarında Füzuli küçəsində hərəkətdə olan 99-YP-272 dövlət nömrə nişanlı YPX avtomobilinin sürücüsü Rəşad Nağıyev iki dəfə svetoforun qırmızı işığında sayrışan işığı və xüsusi səs siqnalını qoşmadan hərəkət edib. Görüntülər digər avtomobildə quraşdırılmış videoregistratora qeyd olunub.
Qeyd etdiyimiz patrul avtomobilinin sürücüsü Rəşad Nağıyev Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin məşhur əməkdaşıdır. Belə ki, «Beko Rəşad» kimi tanınan həmin şəxsdən sürücülər narazıdır. Çünki sürücü hansısa manevr və yaxud ötmə qaydasını pozan zaman Rəşad Nağıyev həmin sürücüləri saxladaraq avtoxuliqan kimi rəsmiləşdirir, avtomobili isə cərimə meydançasına aparır. Bu hadisə bir çox sürücünün başına gəlib. Amma indiki videodan görünür ki, Rəşad Nağıyev şəhərin küçələrində özü yol hərəkəti qaydalarını davamlı olaraq pozur.
Əslində isə polis öz davranışı ilə cəmiyyətə örnək olmalıdır. «Beko Rəşad» kimi sürücüləri cərimələyib və sonda özü qayda pozaraq xidmət aparmamlıdır. Bu cür xidmət arzuolunmaz və yolverilməzdir. Əminik ki, törətdiyi xətaya görə Rəşad Nağıyevi inzibati məsuliyyətə cəlb edib protokol tərtib edəcəklər və həmin protokolu kütləvi informasiya vasitələrində işıqlandıracaqlar.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda yol polisini və svetoforu saymayan sürücü də var – VİDEO
Bakıda yol polisini və svetoforun qırmızı işığını saymayan sürücülər də var. Onlardan biri də «Toyota Land Gruiser» markalı, 99 GV 901 dövlət nömrə nişanlı avto...