Rəşad Sadıqov Romaya getdi

Rəşad Sadıqov Romaya getdi
İdman 3128
“Qarabağ”ın futbolçusu Rəşad Sadıqov İtaliyanın paytaxtı Romaya yollanıb.BAKU.WS bildirir ki, bu barədə Report-a Ağdam təmsilçisinin kapitanının özü məlumat verib.O bildirib ki, UEFA PRO kateqoriyalı məşqçilik kursunun növbəti mərhələsi çərçivəsində “Roma” klubunun düşərgəsində olacaq. Sadıqov 12-15 dekabrda Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olmuş paytaxt təmsilçisinin məşqlərini izləyəcək. Dekabrın 16-da isə “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi “Roma”nın “Kalyari” ilə keçirəcəyi İtaliya A Seriyasının XVII tur matçını izləyəcək.Qeyd edək ki, Rəşad Sadıqovun tezliklə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin olunacağı gözlənilir.BAKU.WS

Oxşar xəbərlər

Rəşad Sadıqov U-21-ə baş məşqçi təyin edildi

Rəşad Sadıqov U-21-ə baş məşqçi təyin edildi

Sabah futbol üzrə Azərbaycanın U-21 yığma komandasına yeni baş məşqçi təyin olunacaq.BAKU.WS sport24.az-a istinadən xəbər verir ki, söhbət "Qarabağ"ın kapitanı...

1156 İdman 16:21 11 dekabr 2017

Son xəbərlər