VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bu gün Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişinin çəkiliş komandası karatenin "Brilyant oğlanı" Rafael Ağayev evində qonaq olub.
 
BAKU.WS xəbər verir ki, Rafael Ağayev qonaqları üçün pomidor-yumurta bişirib. Mətbəxdə o qədər də məharətli olmadığını söyləyən idmançı çox həyəcanlı olduğunu bildirib. Ailəsi və yenicə doğulmuş oğlu haqqında danışan idmançı hər gün oğlunu görmək üçün evə tələsdiyini, ata olmağın gözəl hiss olduğunu qeyd edib. Sonda Rafael Ağayev hazırladığı yeməyi qonaqları ilə birlikdə nuş edib. 
 
Qeyd edək ki, Rafael Ağayev karyerası ərzində 5 dəfə Dünya, 10 dəfə isə Avropa çempionu adını qazanıb. Karateçimiz həmçinin 2013-cü ildə keçirilən Dünya Oyunları və Dünya Döyüş Oyunlarında da qızıl medal qazanıb. Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının isə qızıl medalçısıdır.
 
Aynur.Ə 
BAKU.WS