Rafael Ağayev: " Oğlumun "Yuventus"da oynaması üçün əlimdən gələni edəcəm (VİDEO)
Karatenin "Brilyant oğlanı" Rafael Ağayev bu gün Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişinin qonağı olub.
BAKU.WS xəbər verir ki, Rafael Ağayev Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qazandığı qələbələrdən danışıb. O, qazandığı uğurlar üçün ilk növbədə ailəsinə minnətdar olduğunu bildirib. Daha sonra isə o, karateyə gəlməsindən danışıb. Bildirib ki, daha çox futbolçu olmağa meyilli olub. Ağayevin sözlərinə görə, hətta 19 yaşında Avropa çempionu olduqdan sonra karate ilə vidalaşıb, futbola başlamaq istəyib. Lakin bu idman növünü seçdiyi üçün də peşman olmayıb. Yeni doğulan oğlundan danışan idmançı onun da özü kimi idmanla məşğul olmasını gələcəkdə çempion olmasını arzuladığını bildirib. Rafael Ağayev oğlu Ramalın futbolçu olmasını arzuladığını da əlavə edib.
"Oğlumun hələ ki, Azərbaycanda oynamasını istəmirəm. Çox istərdim ki, o, İtaliyanın "Yuventus" klubunda oynasın. Bunun üçün əlimdən gələni edəcəm".
Qeyd edək ki, Rafael Ağayev karyerası ərzində 5 dəfə Dünya, 10 dəfə isə Avropa çempionu adını qazanıb. Karateçimiz həmçinin 2013-cü ildə keçirilən Dünya Oyunları və Dünya Döyüş Oyunlarında da qızıl medal qazanıb. Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının isə qızıl medalçısıdır.
BAKU.WS
Oxşar xəbərlər
Rafael Ağayev yeni doğulan oğlunun FOTOsunu paylaşdı
Karate üzrə 5 qat Dünya Çempionu Rafael Ağyevin yeni doğulan oğlunun fotosu yayılıb. BAKU.WS xəbər verir ki, dünya çempionu oğlunun fotosunu şəxsi instaqram he...