Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan klub prezidenti azadlığa buraxılıb
16
avq
2024
17:00
AFFA tərəfindən fəaliyyəti dayandırılan "İrəvan" klubunun prezidenti Zahid Niyazəliyev həbsdən çıxıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, ötən mövsüm I Liqada mübarizə aparmış klubun rəhbəri Zahid Niyazəliyev artıq azadlığa buraxılıb.
Onunla bağlı açılmış cinayət işinə xitam verilib-verilməməsi barədə isə hələlik dəqiq məlumat verilməyib.
Təqribən 6 ay Kürdəxanıda yerləşən müvəqqəti saxlanma təcridxanasında olan Niyazəliyev dələduzluq və digər maddələrlə ittiham edilirdi.
Oxşar xəbərlər
Ayaz Quliyev: “Azərbaycan mənim Vətənimdir və millidə oynamaq mənim üçün şərəf olar” - MÜSAHİBƏ
AFFA rəhbərliyi son beş-altı ildə Rusiya və Ukraynanın yüksək liqasında çıxış edən azərbaycanlı futbolçuların milliləşdirilməsinə nail olub. Bu gün əsas millini...