Paris-2024: Azərbaycan boksçusu mübarizəni dayandırıb
02
avq
2024
19:52
Azərbaycan boksçusu Murad Allahverdiyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 80 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda qazaxıstanlı Nurbek Oralbayla üz-üzə gəlib.
Rəqibinə məğlub olan təmsilçimiz çıxışını başa vurub.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər boksçusu Alfonso Dominqes 1/4 finalda Aybek Oralbaya (Qazaxıstan) qalib gələrək yarımfinala adlayıb. Dominqes bu nəticənin ardından ən azı bürünc medalı təmin edib.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb - YENİLƏNİB - 3
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb. "Report"un turnirə ezam olunmuş əməkdaş...