Paris-2024: Azərbaycanın daha bir cüdoçusu olimpiya çempionu olub - YENİLƏNİB - 3
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.
"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu final mərhələsində gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kotsoyev olimpiya çempionu olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiadanın qızıl medalına sahib çıxıb.
***18:45
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu yarımfinal mərhələsində özbəkistanlı Muzaffarbek Turoboyevlə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kotsoyev finala vəsiqə qazanıb.
Təmsilçimiz həlledici mərhələdə İlya Sulamanidze ilə (Gürcüstan) qarşılaşacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.
***14:33
Təmsilçimiz Zelim Kotsoev Olimpiadada yarımfinala vəsiqə qazanıb. Cüdoçumuz İsraili təmsilçisi Peter Palçiki məğlub edib. Kotsoev finala çıxmaq uğrunda Özbəkistan idmançısı Muzofforbek Turoboevlə qarşılaşacaq.
***14.33
Cüdo üzrə 100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoev Paris-2024 Olimpiadasında 1/8 final mərhələsində polşalı Pyotr Kuçera ilə üz-üzə gəlib.
BAKU.WS xəbər verir ki, Zelim Kotsoyev ¼ final mərhələsində Israili təmsil edən Peter Palçik ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycan ikinci medalı təmin edib
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib. "Report"un turnirə ezam olunmuş əməkd...