SİZİN REKLAM BURADA!
055 213 76 73


"Fənərbağça"nın prezidentliyinə namizədliyini açıqlayan Aziz Yıldırım Joze Mourinyo və transferdən danışıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yıldırım, şənbə günü Mourinyo ilə Londonda görüşəcəyini deyib.

"Mourinyo özü mənə həm derbini, həm də “İstanbulspor” matçını izlədiyini söylədi. O, şənbə günü mənə ediləcək transferlər barədə məlumat verəcək. Kimi istəsə aparacağıq. Onunla danışıb komanda üçün nə lazımdırsa, edəcəyik. Bilin ki, pul problem deyil. "Fənərbağça"nın həmişə pulu var”, - deyə Aziz Yıldırım bildirib.

O, etiraf edib ki, çempion olmaq üçün ilk növbədə yaxşı komanda, məşqçi və yaxşı idarəetmə olmalıdır:

"İdarəetmə var. Məşqçi kimi yaxşı məşqçi gətirəcəyik. Ən azı 3-4 keyfiyyətli futbolçu transfer edəcəyik. Bu həftə sonu Londona gedəcəyəm, razılaşacağıq, Mourinyonu gətirəcəyik".

BAKU.WS