Aziz Yıldırım: "Joze Mourinyonu Türkiyəyə gətirəcəyəm" - VİDEO

Aziz Yıldırım: Joze Mourinyonu Türkiyəyə gətirəcəyəm - VİDEO
Video
İdman 151

Aziz Yıldırım "Haber Global"a xüsusi açıqlamalar verib.

BAKU.WS xəbər verir ki, namizəd olub-olmayacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib.

"Fənərbağça" prezidentliyinə namizəd olacağını açıqlayan Yıldırım Joze Morinyo ilə görüşdüyünü və qalib gəlsə Morinyonu Türkiyəyə gətirəcəyini deyib:

"Cümə axşamı mətbuatla görüşümüz olacaq və mən "Fənərbağça"ya namizəd olacağımı açıqlayacağam. İcazə verin bunu burada ictimaiyyətə elan edim. "Fənərbağça"nı daha da böyük edəcəyik. Bizim mübarizəmiz "Fənərbağça"nın böyüklüyü ilə bağlıdır. Biz 3 iyul tarixində olduğu kimi icmanı bir araya gətirmək istəyirik. "Fənərbağça" indi böyük məşqçilər və böyük komandalarla rəqabət aparmalıdır. Mütləq Türkiyədə çempion olmalıdır. O, həmçinin Avropada ən azı bir final oynamalıdır. Joze Mourinyo ilə 2 saatlıq üzbəüz görüşdüm. "Fənərbağça"nın sənə ehtiyacı var, sənin də "Fənərbağça"ya.

Çox güman ki, qalib gəlsək, Morinyonu Türkiyəyə gətirəcəm. Uşaqların daha kədərlənməsini istəmirik. Mourinyo "Konyaspor" – "Fənərbağça" matçını da canlı izlədiyini bildirib.

Prezidentliyə 3 namizəd olacaq. Dedim kim qalib gəlirsə mütləq "Fənərbağça"ya gəlsin. Dostlarımızla onun menecerləri arasında danışıqlar davam edir."

Daha ətraflı süjetdə:

Son xəbərlər