Joze Mourinyo "Fənərbağça" yolunda - Aziz Yıldırımın açıqlaması şok effekti yaratdı

Joze Mourinyo Fənərbağça yolunda - Aziz Yıldırımın açıqlaması şok effekti yaratdı
İdman 260

Türkiyənin "Fənərbağça" klubunun prezidentliyinə namizəd olan Aziz Yıldırımın Joze Mourinyo ilə bağlı açıqlaması Avropa mətbuatının gündəmini zəbt edib.

BAKU.WS Fanatik-ə istinadən xəbər verir ki, Aziz Yıldırım prezident olacağı təqdirdə klubunun baş məşqçiliyi postuna portuqaliyalı mütəxəssis Joze Mourinyonu gətirəcəyinə dair söz verib.

"Ötən həftə Joze Mourinyo ilə görüşdüm. "Fənərbağça"nın sənə, sənin də "Fənərbağça"ya ehtiyacın var dedim. Seçkilərdə qalib gəlsəm böyük ehtimalla bizdə çalışacaq", - deyə Aziz Yıldırım bildirib. Prezidentliyə namizədin bu açıqlaması Avropanın nüfuzlu nəşrlərinin manşetinə çıxıb.

The Sun: "Mourinyo 4 aylıq işsizlikdən sonra "Fənərbağça"dan təklif aldı".

AS: "Mourinyonun yeni ünvanı Türkiyə ola bilər"

Tutto Mercato: "Aziz Yıldırım seçkiləri qazanarsa kluba Joze Mourinyonu gətirəcəyini açıqladı"

A Bola: "Joze Mourinyo "Fənərbağça"ya yaxın"

Oxşar xəbərlər

Aziz Yıldırım: "Joze Mourinyonu Türkiyəyə gətirəcəyəm" - VİDEO

Aziz Yıldırım: "Joze Mourinyonu Türkiyəyə gətirəcəyəm" - VİDEO

Aziz Yıldırım "Haber Global"a xüsusi açıqlamalar verib. BAKU.WS xəbər verir ki, namizəd olub-olmayacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib. "Fənərbağça" prez...

151 İdman 22:35 13 may 2024

Son xəbərlər