SİZİN REKLAM BURADA!
055 213 76 73


La Liqada "Barselona" "Jirona"ya uduzduqdan sonra liqanın bitməsinə 4 həftə qalmış "Real Madrid" çempionluğunu elan etdi.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, La Liqada 36-cı çempionluğunu elan edən "kral klubu" tarixində 103-cü kuboku qazanıb.

İspaniya Futbol Federasiyası "Real Madrid"in növbəti "Qranada" ilə matçda kuboku başı üzərinə qaldırmasını istəyib.

"Real Madrid" isə "Qranada" aşağı liqa zonasında olduğundan rəqibinə hörmətsizlik etmək istəmədiyi üçün bu istəyi rədd edib.

Madrid "Alaves"lə ev oyununda kuboku qaldırmaq istədiyini Federasiyaya bildirib və İspaniya Futbol Federasiyası geri çəkilərək tələbi qəbul edib.

BAKU.WS