"Real"dan rəqibinə hörmət: İspaniya Futbol Federasiyası geri çəkildi
La Liqada "Barselona" "Jirona"ya uduzduqdan sonra liqanın bitməsinə 4 həftə qalmış "Real Madrid" çempionluğunu elan etdi.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, La Liqada 36-cı çempionluğunu elan edən "kral klubu" tarixində 103-cü kuboku qazanıb.
İspaniya Futbol Federasiyası "Real Madrid"in növbəti "Qranada" ilə matçda kuboku başı üzərinə qaldırmasını istəyib.
"Real Madrid" isə "Qranada" aşağı liqa zonasında olduğundan rəqibinə hörmətsizlik etmək istəmədiyi üçün bu istəyi rədd edib.
Madrid "Alaves"lə ev oyununda kuboku qaldırmaq istədiyini Federasiyaya bildirib və İspaniya Futbol Federasiyası geri çəkilərək tələbi qəbul edib.
Oxşar xəbərlər
"Real Madrid"də Arda Güler transferinin pərdəarxası: 16 mart 2023-cü il matçı...
Türkiyə millisinin üzvü Arda Gülerin "Fənərbağça"dan İspaniya nəhəngi "Real Madrid"ə transferinin pərdəarxası prosesi üzə çıxıb. BAKU.WS xəbər verir ki, bu barə...