Şahruddin ən yaxşılardan biri oldu - FOTO
05
may
2024
11:38
Dünən Türkiyə Superliqasında 35-ci turun oyunları keçirilib.
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor” səfərdə “İstanbulspor”la qarşılaşıb. Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
29 yaşlı Şahruddin Məhəmmədəliyev meydana start heyətdə çıxıb və 90 dəqiqəni çərçivədə keçirib. Millimizin üzvü oyunda beş kritik qurtarışla yadda qalıb.
Nəticədə futbolçumuz sözügedən qarşılaşmada “Adana Demirspor”un heyətində ən yaxşı oyun keçirən üç futbolçudan biri olub.//oxu.az
Qalereya
Oxşar xəbərlər
“Qarabağ” Avropada 26 ölkənin bütün klublarını qabaqlayır - ARAŞDIRMA
“Qarabağ” 2023/2024 mövsümündə milli çempionatlarda toplanılan xal sayına görə Avropada 26 ölkənin bütün klublarını qabaqlayır. BAKU.WS report-a istinadən xəbər...