SİZİN REKLAM BURADA!
055 213 76 73


Düşünürəm ki, “Qarabağ” qalib gələcək. Amma “Neftçi” də istəkli olanda yaxşı oynadığını dəfələrlə göstərib.

BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında "Araz-Naxçıvan" klubunun sabiq baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Neftçi” matçı barədə danışarkən deyib.

Mütəxəssis Azərbaycan derbisində “Qarabağ”ın qələbə qazanacağını düşündüyünü deyib: “Neftçi” Avroliqa zonasından uzaqlaşmamağı özü üçün təmin etməlidir. Çünki yuxarı pillələrdə yer alan komandaların - “Sabah” və “Zirə”nin xalları arasında çox az fərq var. “Neftçi” də mövqeyni qorumalıdır. “Qarabağ” son matçda "Sumqayıt"a məğlub oldu.

Yəqin ki, Qurban Qurbanov komandanın neçə oyundur zəif performans göstərməsinin fərqindədir. Mənə elə gəlir, bu barədə fikirlərini futbolçulara çatdırıb. “Neftçi” də istəkli olanda yaxşı oynadığını dəfələrlə göstərib. Bu gün də komandaya lazım olan tək şey döyüşmək və qələbə istəyidir. “Qarabağ”a qarşı ancaq bu şəkildə oynamaq olar”.

A.Bağırov “Qarabağ”ın vaxtından əvvəl çempionluğu qazanmasının son dönəmlərdə komandanın oyununa təsir etdiyini bildirib:

“Əlbəttə, vaxtından əvvəl çempionluq komandanın toparlanmasına mane olur. Maksimumlarını ortaya qoya bilmirlər. Futbolçular düşünürlər ki, çempionat bitib, zədələnmək qorxusu var. Fikrimcə, bu səbəbdən daha ehtiyatlı olmaq istəyirlər”.

Qeyd edək ki, “Qarabağ” - “Neftçi” matçı bu gün saat 19:30-da “Azərsun Arena”da keçiriləcək.

BAKU.WS