Çempionlar Liqasında həftənin oyunçusu seçildi
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu "Real Madrid"in cinah oyunçusu Vinisius Junior seçilib.
BAKU.WS-in xəbərinə görə, bu barədə turnirin rəsmi sosial şəbəkəsində bildirilib.
"Bayern" ilə Çempionlar Liqasının ilk yarımfinal matçında (2:2) hücumçu dubla imza atıb.
Braziliyalı futbolçu bu mükafat uğrunda Dortmund "Borussiya"sının mərkəz müdafiəçisi Mats Hammelslə mübarizə aparıb.
Xatırladaq ki, hazırkı Çempionlar Liqasında Vinisius səkkiz matçda iştirak edib. Bu qarşılaşmalarda beş qol vurub və beş məhsuldar ötürmə edib.
Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
"Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 150 milyon avrodur.
Oxşar xəbərlər
UEFA ÇL-də həftənin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizəd olan futbolçuların adları məlum olub. BAKU.WS-in UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata...