Harri Keyndən yeni rekord

Harri Keyndən yeni rekord
İdman 91

"Bayern"in ulduzu Harri Keyn karyerasının ən çox qol vurduğu mövsümünü yaşayır.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, "Real Madrid"lə qarşılaşmada qol sayını 43-ə yüksəldən Keyn bu mövsüm də bir çox rekordlara imza atıb.

Mövsümün əvvəlində "Tottenhem"dən "Bayern"ə transfer olunan Harri Keyn karyerasının ən məhsuldar mövsümünü keçirir.

Liqada 31 matçda 35 qol vuran Harri Keyn 8 məhsuldar ötürmə edib. Çempionlar Liqasında 11 matçda 8 qol vuran ulduz futbolçu 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Ümumilikdə 43 matçda 43 qol vuran və 11 məhsuldar ötürmə edən Harri Keyn, "Real Madrid"lə matçda karyerasını yüksək səviyyəyə qaldırdı.

Bu mövsümdən əvvəl Keyn 2017/18 mövsümündə ən çox qol vurub.

Almaniya klubu ilə müqavilə bağladıqdan sonra ötən mövsümün bombardiri Kristofer Nkunku və Niklas Fullkrugu 11 matçda geridə qoyan Keyn komandasında rekordlar qırıb.

Keyn bu mövsüm Bundesliqada 11 matçda 17 qol vuraraq, liqa tarixində buna nail olan ilk oyunçu olub.

O, Ceydon Sançonu geridə qoyub və Bundesliqada bir mövsümdə ən çox qol vuran ingilis futbolçu olub.

Bundesliqada 35 qolu olan Keyn, liqada qalan matçlarda daha 7 qol vursa, bir mövsümdə ən çox qol vuran futbolçu olacaq.

Hazırki rekord 41 qolla Robert Levandovskiyə məxsusdur.

Son xəbərlər