Pensiya və müavinət artımı ilə bağlı deputatdan paylaşım
"Əməkhaqqı artımlarının əhalinin real gəlirlərinə təsir göstərməsi üçün süni qiymət artımlarının qarşısının alınması vacibdir".
Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputatın sözlərinə görə, minimum əməkhaqqının artırılması yalnız dövlət sektorunda deyil, özəl sektorda da əməkhaqqı artımlarına təsir göstərə bilər:
"Bu baxımdan maaş artımının bazarda süni bahalaşma ilə "əriməməsi" üçün müvafiq qurumların nəzarət mexanizmlərini gücləndirməsi əhəmiyyətlidir. Süni qiymət artımına qarşı mübarizə çox önəmlidir. Çünki minimum əməkhaqqının artımı yalnız dövlət deyil, həm də özəl sektorda əməkhaqqı artımlarına gətirib çıxaracaq. Bu baxımdan qiymət artımlarının, xüsusilə də süni qiymət artımının qarşısının alınması ilə bağlı fəaliyyətlərin genişləndirilməsi çox vacibdir
Əməkhaqqı artımının əsas məqsədlərindən biri vətəndaşların gəlirlərinin real alıcılıq qabiliyyətinin yüksəldilməsidir. Əgər əməkhaqqı artımından sonra məhsul və xidmətlərin qiymətində əsassız yüksəliş baş verərsə, bu, artımın vətəndaşın gündəlik həyatına təsirini zəiflədə bilər.
Bu səbəbdən həm dövlət, həm də özəl sektorda əməkhaqqı artımları ilə paralel olaraq istehlak bazarında qiymətlərin monitorinqi davam etdirilməlidir".
Oxşar xəbərlər
Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ
Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub. BAKU.WS xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin...