SİZİN REKLAM BURADA!
055 213 76 73


"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülər karyerasında bir ilk yaşayacaq.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Defensa Central" nəşri məlumat yayıb.

"Kadiz" ilə görüşdə ilk 11-likdə meydana çıxacağı gözlənilən Arda Gülər ​​bir ilki də yaşayacaq.

Ulduz futbolçu ilk dəfə "Santyaqo Bernabeu"da La Liqa matçında start heyətdə olacaq.

Qeyd olunur ki, Madrid "Real"nın baş məşqçisi Karlo Ançelotti Almaniyada UEFA Çempionlar Liqasında yarımfinal mərhələsində "Bayern" ilə (2:2) matçdan sonra Arda Gülər ​​ilə təkbətək görüşüb.

Ançelotti Gülərə "Kadiz" matçında ilk 11-likdə oynayacaqsan", - deyib. Ardanın bu xoş xəbərdən sonra böyük sevinc hissi yaşadığı bildirilib.

BAKU.WS