SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Çempionlar Liqasının 1/2 final mərhələsinin ilk matçında Fransanın PSJ klubunu məğlub edən Dortmund "Borussiya"sının futbolçusu Fülkruq matç haqda fikirlərini bildirib.

BAKU.WS xəbər verir ki, "Siqnal İduna Park"da keçirilən matçda vurulan yeganə qolun müəllifi olan futbolçu hələ heç nəyin məlum olmadığını deyib:

"Stadionda inanılmaz atmosfer var idi. Burada elə ab-hava olur ki, matça sanki 1:0 öndə çıxırsan. Biz bu gün böyük təzyiqə davam gətirdik. Top-komandalarla qarşılaşmada bu hal qaçılmaz olur. Duelin ilk raundu geridə qaldı. "Uembli"dəki finala doğru hələ 90 dəqiqə qalır. Buna görə də ehtiyyatlı olmalıyıq".

Qeyd edək ki, PSJ və "Borussiya" (Dortmund) klubları arasında cavab qarşılaşması mayın 7-də "Park de Prens" stadionunda baş tutacaq. Matç Bakı vaxtı ilə 23:00-da start götürəcək.

BAKU.WS