Çempionlar Liqası: “Qarabağ” “Rakuv”a məğlub olaraq, Avropa Liqasına yuvarlanıb - YENİLƏNİB
“Qarabağ” UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyununu keçirib.
Azərbaycan çempionu Polşada 2:3 hesabı ilə məğlub olduğu “Rakuv” klubunu Bakı Olimpiya Stadionunda qəbul edib.
Bu oyun 1:1 hesabı ilə yekunlaşıb. Nəticədə “Rakuv” turnirdə mübarizəni davam etdiribsə, Azərbaycan təmsilçisi Avropa Liqasına yuvarlanıb.
Qitənin ikinci dərəcəli klub turnirinin III təsnifat mərhələsindəki rəqib HİK (Finlandiya) - “Molde" (Norveç) cütünün qalibi olacaq.
Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Cəbəllütariq “Linkoln”unu hər iki görüşdə məğlub edərək (2:1, 4:0) mübarizədən kənarlaşdırıb.
***21:22
“Qarabağ” və Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub.
Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada Azərbaycan çempionu hesabı bərabərləşdirib - 1:1.
60-cı dəqiqədə Redon Cica yaxın məsafədən dəqiq zərbə ilə rəqibi mərkəzə dəvət edib.
***21:15
“Qarabağ” və Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.
Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada ilk qolun müəllifi 52-ci dəqiqədə qonaq komandanın futbolçusu Fran Tudor olub.
***21:07
“Qarabağ” və Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.
Bakı Olimpiya Stadionunda baş tutan görüşün ilk yarısından sonra hesab açılmayıb.
20:52
“Qarabağ” və Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.
Bakı Olimpiya Stadionunda gerçəkləşən görüşdə komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar - 0:0.
***20:02
“Qarabağ”la Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.
Bakı Olimpiya Stadionunda oynanılan görüş saat 20:00-da start götürüb.
Qarşılaşmanı almaniyalı baş hakim Sven Yablonski idarə edir.
Qeyd edək ki, komandalar arasında Polşada keçirilən ilk oyunda “Rakuv” 3:2 hesablı qələbə qazanıb.
***19:42
Bakıda UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Qarabağ" və "Rakuv"un start heyətləri açıqlanıb.
BAKU.WS Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon CicaEhtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Junino, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman AxundzadəBaş məşqçi: Qurban Qurbanov
"Rakuv": 1 Vladan Kovaçeviç, 4. Stratos Svarnas, 5. Qustav Berqqren, 24. Zoran Arseniç, 25. Boqdan Rakovitsan, 7. Fran Tüdor, 20. Cin Karlos, 66. Yannis Papanikolau, 77. Martsin Tsebulya, 9. Lukaş Zvolinski, 11. Con YeboaEhtiyat oyunçular: 89. Katsper Beşad, 6. Şimon Çij, 8. Ben Lederman, 14. Srcan Plavşiç, 17. Mateuş Vdovyak, 22. Deyan Soresku, 27. Bartoş Novak, 30. Vladislav Koçergin, 93. Sonni Kittel, 99. Fabian PyasetskiBaş məşqçi: David Şvarqa
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.
Oxşar xəbərlər
Çempionlar Liqası: “Qarabağ” beş qol vurulan qarşılaşmada məğlub oldu - YENİLƏNİB
"Qarabağ" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxıb. Azərbaycan çempionu Polşada "Rakuv"un qonağı olub. Çenstoxovadakı "Miejski" stad...